Olimpiya çempionumuz turnirində rəqibləri ilə yox, tərəzi ilə mübarizəni uduzdu.

Olimpiya çempionu yenə çəkidə "uddu"
Azərbaycanın Paris 2024 Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov Ulan-Batorda keçirilən "Böyük Dəbilqə"turnirində rəqibləri ilə yox, tərəzi ilə mübarizəni uduzdu. 73 kq çəki normasını ödəyə bilməyən cüdoçu turnirə buraxılmadı.
Məsələnin mahiyyəti bundadır ki, eyni problemlə Federasiya ilk dəfə deyil ki üzləşir- fevralda Daşkənddə və ondan əvvəlki turnirlərdə də çəki problemi yaşanmışdı. Təkrar olunan bu problem təsadüf deyil.
Buradan isə sual yaranır: Federasiya bu məsəldə niyə hərəkətsizdir? Daha neçə turnirə ödənilən xərclər israf olunacaq? Bu məbləğə başqa idmançıları da yoxlamaq olardı.
Ən maraqlısı isə Olimpiya Çempionu Hidayət Hedərova hədiyyə veriləndə onunla birgə hədiyyə alıb müsahibə verən menecerlər Hidayəti indiki halda niyə tək qoyur, və ya tam əksinə media vasitəsilə günahı onun üzərinə atır.
Olimpiya Çempionu həmişə haqlıdır, onu günahlandırmadan əvvəl məşqçilər, həkimlər və hədiyyələrə şərik olan menecerlər məsuliyyəti üzərlərinə götürməlidir.