Reytinq var. Bəs nəticə?

Reytinq var. Bəs nəticə?
Azərbaycan cüdosunda son vaxtlar maraqlı mənzərə yaranıb. Dünya reytinqinə baxanda hər şey əladır. İlk üçlükdə, ilk beşlikdə, ilk onluqda idmançılarımız var. Kağız üzərində güclü komanda təsiri bağışlayırıq.
Amma Lausanne Grand Slam bir daha göstərdi ki, reytinq başqa şeydir, real nəticə başqa.
60 kq çəkidə Ahmad Yusifov dünya reytinqində 4 cü idi. Medal qazana bilmədi.
66 kq çəkidə Ruslan Paşayev 3 cü idi. Medal qazana bilmədi.
73 kq çəkidə Rəşid Məmmədəliyev 7 ci idi. Medal qazana bilmədi.
100 kq dan yuxarı çəkidə isə vəziyyət daha maraqlıdır. Ushangi Kokauri dünya reytinqində 2 ci, Kanan Nəsibov 7 ci idi. İki idmançı ilk yeddilikdə, nəticədə isə bir medal belə yoxdur.
Burada idmançıları günahlandırmaq düzgün olmaz. Sual federasiyanın seçdiyi strategiyanı təsdiqləyən məşqçi və bilavasitə İcraçı Vitse-Prezident cənab Rəsulluya verilməlidir. Federasiya isə çəkinmədən hətta bu yarışı belə uğur kimi göstərməyə çalışır.
İl ərzində çoxlu yarışlara getmək, nisbətən zəif heyətli turnirlərdə xal və medal toplamaq qadağan deyil. IJF qaydaları da buna imkan verir. Amma həmin xallarla yaranan yüksək reytinqi komandanın dünyanın 1 nömrəli komandası kimi təqdim etmək artıq başqa məsələdir.
Reytinq toplamaq strategiyası ilə güclü komanda qurmaq strategiyası eyni şey deyil. Fedürasiya əlində olan 2 əvvəlki məşqçilər tərəfindən hazırlanmış idmaçılarla ayıbının üstünü bir müddət örtməyu bacardı.
Ən yaxşı cavabı yenə tatami verir.
Lausanne da yüksək reytinqli Azərbaycan idmançıları medalsız qaldılar. Eyni zamanda onlardan daha aşağı reytinqdə olan rəqiblər medal qazananlar sırasındadır.
Deməli məsələ reytinqdə neçə nömrə olmağımız deyil.
Məsələ həmin nömrəni hansı rəqiblərə qarşı və hansı nəticələrlə qazandığımızdır.
Federasiya reytinq cədvəlini uğur hesabatına çevirə bilər. Eyni zamanda fərqli sahənin mütəxəssisləri olan rəhbərliyi də aldatmaq olar, tatamini isə aldatmaq mümkün deyil.
Böyük yarış gələndə reytinq cədvəli yox, medal danışır.