Digər · APA Sport
Arda Gülər daha 5 il "Real"da – Maaşı artırıldı

“Real” Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni müqavilə imzalayıb. Apasport.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2031-ci ilin yayına qədər uzadıb. Yeni müqavilə ilə Ardanın maaşı da artırılıb. Ardanın əvvəlki müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə idi. Qeyd edək ki, Arda Gülər 2023-cü ildə “Fənərbaxça”dan “Real”a keçib.
Onun bazar dəyəri son yeniləmədən sonra 100 milyon avroya yüksəlib və Arda bu göstəriciyə çatan ilk türkiyəli futbolçu olub.