Döyüş İdmanı · APA Sport
Karateçimiz İtaliyada qızıl medal qazanıb

Azərbaycan karate millisinin üzvü İrina Zaretska Avstriyanın Zalsburq şəhərində keçirilən Karate 1 – A Seriyası turnirində qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
68 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.