Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək

Azərbaycanı Qazaxıstanın Asiya Açıq Turnirində 11 çəki dərəcəsində 27 cüdoçu (6 qadın, 21 kişi) təmsil edəcək.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və məşqçi Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.
Yarışda Azərbaycanı qadınlar arasında Fəridə Mirzəyeva (52 kq), Gülnarə Bayramova (57 kq), Alina Kuqayeva, Südabə Ağayeva (hər ikisi 70 kq), Nərmin Əmirli (78 kq), Madina Kaisinova (+78 kq), kişilərin mübarizəsində isə Məhəmməd Rüstəmli, Babərahim Mirzəyev, Murad Əliyev, Fərid Qarayev, Kənan Hüseynov, Amin İsmayılov (hamısı 60 kq), Nazir Talıbov, Rəşad Yelkiyev, Zahir Ağazadə, Yaşar Nəcəfov, Kənan İsmayılov (hamısı 66 kq), Səlim Sultanov, Kamran Süleymanov, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kq), Xəyyam Əliyev, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Canpolad Əliyev, Elmar Qasımov (hər ikisi 100 kq), Eldar Əliyev və Sübhan Axundov (hər ikisi +100 kq) təmsil edəcəklər.
Qeyd edək ki, oktyabrın 17-18-də təşkil olunacaq turnirdə 7 ölkədən 230 idmançı mübarizə aparacaq.