İdman24
Digər · APA Sport

“Sumqayıt” Qətər klubu ilə qarşılaşacaq

“Sumqayıt” bu gündən etibarən 2026/27 mövsümünün hazırlıqlarına start verib.

Apasport.az xəbər verir ki, iyulun 24-dək məşqlərini “SOCAR Polymer Arena”da keçirəcək komanda ayın 25-də Qəbələyə yola düşərək hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.

Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub.

Komanda iyulun 26-da “Kəpəz”, 30-da “Şamaxı”, avqustun 3-də “İmişli”, 7-də isə Qətərin “Əl-Xaraitiyat” kollektivləri ilə qarşılaşacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə