Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 20° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm" Fərdi 10 oktyabr, 2026 19:31 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda təşkil olunan dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında medal qazanmağa iddialıdır.
"Report" xəbər verir ki, idmançı bu barədə yarışdan sonra jurnalistlərə açıqlamasında deyib.
O, dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib:
"Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Tribunada hər kəs mənə sevgisini hiss etdirdi. Üçüncü yer uğrunda qarşılaşdığım Camal Qamzatxanov həm dostum, həm də məşq yoldaşımdır. Düzü, zədələrim olduğu üçün bu görüşə tam hazır deyildim. Belimdə və dizimdə zədə var idi. Buna baxmayaraq, tribunalardan gələn dəstək mənə əlavə motivasiya verdi və bürünc medalı qazandım".
Cüdoçu qarşıdakı hədəflərindən də söz açıb:
"Özümə və məşqçilərim Elxan Məmmədovla Mehman Cəfərova söz vermişdim ki, finallara qədər irəliləyəcəyəm. Uşanqi Kokauriyə uduzsam da, bürünc medalı əldə etdim. İnşallah, səhvlərimi düzəldib 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycana medal gətirəcəyəm".
K. Nəsibov C. Qamzatxanovla keçirdiyi görüşü də dəyərləndirib:
"Məşqlərdə bir-birimizin texnikasını yaxşı bildiyimiz üçün ehtiyatlı güləşdik və bir-birimizə xal ata bilmədik. Buna baxmayaraq, qələbə qazanmağı bacardım".
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 20:28 Foto Bakıda European Aquaticsin Konqresi başa çatıb Fərdi 20:26 Varşavada məktəbdə bıçaqlanma olub, üç nəfər xəsarət alıb Digər ölkələr 20:12 Foto Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib Komanda 20:04 Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək Fərdi 19:45 Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb Formula 1 19:37 Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim" Fərdi 19:31 Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm" Fərdi 19:28 Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır Region 19:18 Azərbaycan cüdoçuları dünya çempionatında rekorda imza atıblar Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.