AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 25° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib Futbol 18 sentyabr, 2026 14:37 Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Sayed Mohsen Gilani ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
Görüşdə AFFA və PFF arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkənin futbol qurumları arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın gələcəkdə həm Azərbaycanda, həm də Pakistanda futbolun inkişafına mühüm fayda verəcəyinə əminliklərini ifadə ediblər.
Müzakirələr çərçivəsində uşaq futbolunun inkişafı, milli komandalar səviyyəsində təcrübə mübadiləsinin təşkili, hakim kadrlarının hazırlanması, həmçinin birgə təlim-məşq toplanışlarının keçirilməsi imkanları nəzərdən keçirilib. Qarşılıqlı dəstək proqramlarının hər iki ölkədə futbolun kütləviliyinin və keyfiyyətinin artırılmasına xidmət edəcəyi qeyd olunub.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev də iştirak ediblər.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Kənan Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано Foto AFFA and Pakistan Football Federation discuss cooperation USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 16:57 Naxçıvan" ABŞ-dən olan basketbolçu Deşaun Stivensi heyətinə qatıb Komanda 16:51 Neftçaladakı əmlak kompleksi investisiya müsabiqəsinə çıxarılıb Biznes 16:45 Foto AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır Sağlamlıq 16:42 Elnur Sultanov etimadnaməsinin surətini İsveç XİN-ə təqdim edib Xarici siyasət 16:40 Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Ekologiya 16:36 Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək İncəsənət 16:33 Foto Energetika naziri Laçında vətəndaşları qəbul edib Energetika 16:32 "FİNKA Azərbaycan" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb Maliyyə 16:30 Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub Ekologiya Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.