Digər · APA Sport
Dembelenin het-triki tarixə düşdü - 69 ildə 2-ci

Fransa millisinin hücumçusu Usman Dembele DÇ-2026-da tarixi nailiyyətə imza atıb.
Apasport.az xəbər verir ki, o, Norveçə qarşı matçın ilk 32 dəqiqəsində het-trik edərək dünya çempionatları tarixinə düşüb.
Dembele mundial tarixində ən erkən het-trik edən ikinci futbolçu olub.
Fransa millisinin üzvü qollarını ilk 32 dəqiqədə vurub.
Bu göstəricidə rekord isə 1954-cü il dünya çempionatında Çexoslovakiyaya qarşı matçın ilk 24 dəqiqəsində het-trik edən avstriyalı Ernst Probsta məxsusdur.