İdman24
Digər · APA Sport

Avropa Liqası: III turda 18 oyun - YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasının liqa mərhələsində III tura start veriləcək.

Apasport.az xəbər verir ki, turun bütün 18 qarşılaşması eyni gündə keçiriləcək.

Günün maraqlı görüşlərindən biri İtaliyada baş tutacaq. İlk iki turda qələbə qazanan “Yuventus” doğma meydanda Fransanın “Renn” klubunu qəbul edəcək.

İtaliyanın digər təmsilçisi “Milan” isə İngiltərədə “Bornmut”un qonağı olacaq.

Almaniyanın “Bayer” klubu Yunanıstanda OFİ ilə üz-üzə gələcək. “Lion” səfərdə “Hoffenhaym”la, “Benfika” isə “Omoniya” ilə qarşılaşacaq.

Türkiyənin “Beşiktaş” klubu da növbəti oyununu keçirəcək. İstanbul təmsilçisi İngiltərənin “Kristal Pelas” komandasını qəbul edəcək.

20:45. “Ararat-Armeniya” – AZ Alkmaar

20:45. “Ferentsvaroş” – “Torreense”

20:45. OFİ – “Bayer” (Leverkuzen)

20:45. “Yunion” – “Hapoel” (Beer-Şeva)

23:00. “Beşiktaş” – “Kristal Pelas”

23:00. “Viktoriya” (Plzen) – “Levski”

23:00. “Yagelloniya” – “Anderlext”

23:00. “Lillestrem” – “Real Sosyedad”

23:00. “Olimpiakos” – “Sparta” (Praqa)

Orijinal mənbə

İdman24 əsas səhifə