Futbol · APA Sport
“Neftçi” yoxlama oyununda uduzdu

“Neftçi” Sloveniyadakı təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Yuri Vernidubun komandası Rumıniyanın “ÇFR Kluj” klubu ilə qarşılaşıb.
Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “ağ-qaralar” hazırlıq çərçivəsində iyulun 6-da “Partizan”, iyulun 10-da “Radniçki Niş”, iyulun 13-də isə “Osiyek”lə üz-üzə gələcək.