"Sabah"ın basketbolçusu Mindauqas Suşinskas: "Qrupdan çıxmaq şansımız öz əlimizdədir"

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Sabah"ın basketbolçusu Mindauqas Suşinskas: "Qrupdan çıxmaq şansımız öz əlimizdədir" Komanda 28 oktyabr, 2026 15:48 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" basketbol komandasının FIBA Çempionlar Liqasında qrupdan çıxmaq şansı öz əlindədir.
Bu barədə "Report" a Azərbaycan təmsilçisinin oyunçusu Mindauqas Suşinskas açıqlama verib.
31 yaşlı basketbolçu komandasına inandığını bildirib:
"Hazırda hər şey öz əlimizdədir. Növbəti mərhələyə yüksəlmək şansımız qarşıdakı oyunlarda göstərəcəyimiz performansdan asılıdır. İnanıram ki, uğurlu çıxışı davam etdirərək yeni qələbələr qazana bilərik".
Litvalı oyunçu I qrupunun III turunda ötən gün Milli Gimnastika Arenasında Fransanın "Nanter 92" kollektivini məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb:
"Bizim üçün yaxşı matç alındı. Bu qarşılaşmada qələbə qazanmağı çox istəyirdik. Nəticə bizim üçün son dərəcə vacib idi. Oyuna istədiyimiz kimi başlamasaq da, mübarizəni dayandırmadıq, sona qədər əzmkarlıq göstərdik. Hesab edirəm ki, görüşün böyük hissəsində oyuna nəzarət edən tərəf biz idik. Bu matç bizim üçün həlledici əhəmiyyət daşıyırdı. Qalib gəlib mübarizəni davam etdirmək, yaxud məğlub olaraq növbəti mərhələyə yüksəlmək şansımızı, demək olar ki, itirmək təhlükəsi ilə üz-üzə idik. Sevinirəm ki, vacib qələbə qazanaraq yenidən mübarizəyə qayıtdıq. Ümid edirəm ki, bu tempi qoruyub saxlayacaq, qarşıdakı oyunlarda da bir və ya iki qələbə qazanaraq qrup mərhələsini uğurla başa vurmaq şansımızı artıracağıq".
Suşinskas öz çıxışı barədə də danışıb:
"Hər zaman komandama mümkün qədər faydalı olmağa çalışıram. Mənim üçün əsas olan şəxsi göstəricilər deyil, komandanın uğurudur".
Xatırladaq ki, Azərbaycan çempionu I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub. "Sabah" A qrupunda 4 xalla ikinci pillədə qərarlaşıb. Birinci sıradakı "Trabzonspor"un və üçüncü mövqedəki "Nanter 92"nin də 4 xalı var. "Ritas" 3 xalla (iki oyun keçirib) sonuncudur.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 17:32 Acarıstanın mədəniyyət naziri Azərbaycanla birgə orkestrin yaradılmasını təklif edib - Eksklüziv Xarici siyasət 17:30 Fond: İpoteka kreditinə müraciət zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək Maliyyə 17:29 Putin: Türkiyəli investorlar "Akkuyu" AES layihəsində "Rosatom"un payının bir hissəsini almağa hazırdır Energetika 17:26 Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib Xarici siyasət 17:25 AMB rəsmisi: "Maliyyə sektorunda vahid məlumat mənbəyi problemi mövcuddur" Maliyyə 17:22 Azərbaycanda dövlətdən kirayəyə mənzil götürmüş şəxs ipoteka krediti ala bilməyəcək Maliyyə 17:22 UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol 17:20 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 % artıb Maliyyə 17:19 ADY: Çindən alınacaq elektrik qatarları əsasən Bakı–Qazax yolunda istismar olunacaq İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.