Futbol · APA Sport
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

“Neftçi”nin Misli Premyer Liqasında “Turan Tovuz”a qarşı keçirəcəyi futbol matçının biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, oktyabrın 24-də saat 19:00-da “Palms Sports Arena”da başlayacaq görüş üçün hazırda Qərb 2 sektoruna biletlər iki, Banişevski alt sektoruna üç, VIP Silver 1, VIP Silver 2 və VIP Family sektorlarına isə 15 manata təklif olunur.
Qərb 1, Forza, Şərq 1 və Şərq 2 sektorlarına biletlər iki, Şimal 1, Şimal 2 və Banişevski üst sektorlarına üç, VIP Gold sektoruna isə 20 manata olan bilerlər daha sonra satışa çıxarılacaq.
Azarkeşlər biletləri “Neftçi”nin mobil tətbiqindən və bilet.neftchi.az saytından əldə edə bilərlər.
Fiziki biletlərin satışı isə oyun günü saat 14:00-dan stadionun kassalarında başlayacaq.