Digər · APA Sport
A Seriyası klubunda yeni müqavilə - RƏSMİ

"Atalanta"da yeni müqavilə qeydə alınıb.
Apasport.az xəbər verir ki, komanda müdafiəçi Lorenso Bernaskoni ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 23 yaşlı oyunçu ilə 2031-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Bernaskoni bu mövsüm "Atalanta"nın heyətində 13 rəsmi matçda iştirak edib.