İdman24
Digər · APA Sport

Pulişiç “Milan”da qalacaq?

“Milan” hücumçusu Kristian Pulişiçlə yeni müqavilə imzalamağa hazırlaşır.

Apasport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Hazırda illik 4,5 milyon avro maaş alan ABŞ millisinin üzvü yeni müqavilə ilə qazancının 7-8 milyon avroya çatdırılmasını istəyir. Razılıq əldə olunacağı təqdirdə, 27 yaşlı vingerlə 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.

Məlumata əsasən, Kristian Pulişiç daha əvvəl MLS təmsilçisi “Nyu York Siti”dən də sərfəli təklif alıb. Amerika klubu futbolçuya mövsüm üçün təxminən 10 milyon avro maaş ödəməyə hazırdır.

Qeyd edək ki, Pulişiç ötən mövsüm bütün turnirlərdə 34 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun “Milan”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə