İdman24
Futbol · Report İdman

"Qəbələ"nin futbolçusu Asif Məmmədov: "40 yaşında meydana çıxmaq tarixdə qalan göstəricidir"

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Qəbələ"nin futbolçusu Asif Məmmədov: "40 yaşında meydana çıxmaq tarixdə qalan göstəricidir" Futbol 20 oktyabr, 2026 16:19 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Premyer Liqasında 40 yaşında meydana çıxmaq tarixdə qalan göstəricidir.

Bunu "Report" a açıqlamasında "Qəbələ"nin kapitanı Asif Məmmədov deyib.

Yarımmüdafiəçi bu yaşda meydana çıxmağın vacibliyini bildirib:

"Komandanın hazırkı durumuna görə bu rekorda xüsusi fikir verməsəm də, 40 yaşında özündə güc tapıb meydana çıxa bilmək yaxşı haldır. Ötən ildən fərqli, bu il çəkim bir az artıb. Buna səbəb bir müddət məşq etməməyim oldu. İstənilən halda, bu, tarixdə qalan bir göstəricidir. Ümid edirəm ki, gənc futbolçular üçün də stimul olacaq".

Təcrübəli futbolçu fiziki formasını qoruyub saxlamasının sirrini bölüşüb:

"İnsan təkcə idmanda deyil, normal həyatda da yaşayış tərzinə, rejiminə fikir verməlidir. Çünki hər kəs kənardan sənə idmançı kimi baxır. İdmanı birdən-birə atdıqda da sağlamlıqla bağlı problemlər yaranır. Məşq etməklə yanaşı, "Qəbələ"nin ikinci komandasında baş məşqçi kimi çalışıram. Həftədə iki dəfə dostlarla da futbol oynayıram. Tənbəl olmamaq və idmandan uzaqlaşmamaq lazımdır".

A.Məmmədov komandadakı gənclərin rekorda münasibətindən və yaşadığı ağır zədədən söz açıb:

"Gənclər zarafatla deyirlər ki, oyuna matçın sonlarında yox, daha tez daxil olsaydım, yaxşı olardı. Düşünürdüm ki, heç vaxt sürətim azalmayacaq. Amma insan yaşlandıqca cəldlik azalır. Məncə, bu, idmançının karyerasına təsir edən ən ciddi məsələlərdən biridir. Özünə nə qədər diqqət ayırsan da, istər-istəməz geriləyirsən. Buna baxmayaraq, meydanı görmə qabiliyyətim əvvəlki kimidir. Hətta bir müddət əvvəl keçirdiyimiz yoldaşlıq görüşündə 6 kilometr qaçmışdım. Həm də üzləşdiyim ən böyük problem 37 yaşında axill vətərimin qırılması oldu. Bu, idmanda ən ağır zədələrdən biridir. Bir çox idmançı bu zədədən sonra karyerasını bitirir. Lakin mən 4 ay yarımdan sonra yenidən yaşıl meydanlara qayıtdım. Yaş artdıqca dinamika azalsa da, yenə də əlimdən gələni edirəm. Məşqçilər şans versələr, 30 və ya 45 dəqiqə oynaya bilərəm".

O, karyerasını bitirməyə hazırlaşdığını diqqətə çatdırıb:

"Mövsümün sonunda və ya qışda karyeramı başa vuracağıram. Məşqçilik üzrə A lisenziyası almaq üçün kurslarda oxuyuram. Təbii ki, gələcəkdə də futbolda qalmaq istəyirəm. Futbolsuz mənə çətin olar".

Qeyd edək ki, Asif Məmmədov VIII turda "Sabah"la ev matçının (0:4) son anlarında meydana daxil olaraq cari mövsümdə ilk dəfə şans qazanıb. O, 40 yaş 73 günlüyündə meydana çıxdığı qarşılaşma ilə Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qıraraq bu dövrdə oynayan ən yaşlı futbolçu olub.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 18:26 ARDNF-nin "BlackRock" fonduna investisiyaları 19 %-dən çox artıb Maliyyə 18:20 Xorvatiya minatəmizləmə fəaliyyətində Azərbaycanı dəstəkləməyə hazırdır Xarici siyasət 18:16 BP: "Şahdəniz" layihəsi çərçivəsində dənizdə tikinti işlərinə start verilib Energetika 18:15 ABŞ Trampın ikinci müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib Digər ölkələr 18:09 Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək Milli Məclis 18:07 Foto Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub Mədəniyyət siyasəti 18:06 Foto Azərbaycanla Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib Xarici siyasət 18:06 Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub Xarici siyasət 17:57 Luka Nikulesku Rumıniyanın yeni Baş naziri olub Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə