"Vulverhempton"da qalmaqal – Məşq ləğv olundu, təhlükəsizlik gücləndirildi

"Vulverhempton"un 25 yaşlı hücumçusu Tolu Arokodare ilə klub arasında gərginlik yaşanıb.
Apasport.az xəbər verir ki, nigeriyalı futbolçu komandanın məşqində iştirak etməməsi barədə klubun göstərişinə tabe olmayıb və meydanı tərk etməkdən imtina edib. Jurnalist Natan Cudanın yaydığı məlumata görə, bunun nəticəsində baş məşqçi Sezar Peyşotu məşqi ləğv edib.
Hadisədən sonra klub rəhbərliyi Arokodarenin məşq bazasına daxil olmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib. Hücumçu həmçinin komandanın növbəti yoxlama oyununun iştirak ərizəsinə də salınmayıb.
Qeyd edək ki, Arokodare 2025-ci ilin yayında Belçikanın "Genk" klubundan təxminən 27 milyon avro qarşılığında "Vulverhempton"a transfer olunub və 4 illik müqavilə imzalayıb. Son günlər onun yay transfer pəncərəsində komandadan ayrılacağı ilə bağlı xəbərlər yayılırdı. Məhz bu səbəbdən futbolçu əvvəlcə Portuqaliyadakı təlim-məşq toplanışına aparılmamışdı və gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edirdi.