Millimizin Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, oktyabrın 22-dən 30-dək təşkil olunacaq turnirdə dünyanın müxtəlif ölkələrindən olan gənc futbolçular mübarizə aparacaqlar.
Azərbaycan millisi yarış çərçivəsində ilk oyununu oktyabrın 24-də saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək.
Yığmamız oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Oktyabrın 26-da isə millimizi saat 11:30-da İsrail, saat 18:15-də Haiti ilə görüşlər gözləyir. Bu oyunlar Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Qeyd edək ki, turnirdə 189 ölkənin iştirakı və ümumilikdə minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.
Millimizin turnirdə iştirak edəcək futbolçularının siyahısı ilə aşağıda tanış ola bilərsiniz.