Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 13° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb Fərdi 23 noyabr, 2026 16:40 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Ölkədə basketbolun inkişafı, kütləviləşdirilməsi və idman təhsili ilə praktiki fəaliyyətin qarşılıqlı inteqrasiyasını gücləndirmək məqsədilə Azərbaycan Basketbol Federasiyası (ABF) ilə Azərbaycan İdman Akademiyası (ASA) arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə "Report" a ABF-nin mətbuat xidmətindən bildirilib.
Sənədin əsas məqsədi tərəflərin mövcud elmi-tədris və praktiki imkanlarını birləşdirərək yüksəkixtisaslı idman mütəxəssislərinin hazırlanmasına, eləcə də tələbə və gənclərin idmana cəlb olunmasına dəstək göstərməkdir.
Memorandum çərçivəsində əməkdaşlığın əsas istiqamətləri aşağıdakılardır:
Basketbolun inkişafı və təbliği: Müxtəlif yaş qrupları üzrə liqaların, turnirlərin təşkili, idman infrastrukturunun gücləndirilməsi və sağlam həyat tərzini təşviq edən sosial layihələrin icrası.
Gənc basketbolçuların və kadrların inkişafı: İstedadlı tələbə və gənc idmançıların aşkar edilərək yüksək səviyyəli yarışlara hazırlanması, məşqçilərin, hakimlərin, idman menecerləri və həkimlərinin peşəkar ixtisasartırması.
Təcrübə və təhsilin inteqrasiyası: Akademiya tələbələrinin federasiyada praktiki dərslər və təcrübə proqramları keçməsi, yarışların təşkili və idman idarəçiliyi sahəsində real iş mühiti ilə tanışlığı.
Azarkeş mədəniyyəti və fan klubların təşkili: Tələbə və gənclərin oyunlara aktiv cəlb olunması, universitet mühitində basketbol həvəskarlarının bir araya gətirilməsi və mütəşəkkil fan klubların formalaşdırılmasına dəstək.
Media və kommunikasiya layihələri: İdman jurnalistikası və kommunikasiya sahəsində gənc media nümayəndələrinin inkişafı, tərəflərin birgə sosial media layihələrinin həyata keçirilməsi.
İmzalanan memorandum ölkə basketbolunda akademik biliklərlə praktiki təcrübənin vəhdətini yaratmaqla yanaşı, həm meydançada, həm tribunalarda, həm də media mühitində yeni nəsil mütəxəssislərin yetişməsinə mühüm töhfə verəcək.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 13° C Son xəbərlər 21:39 Maurisio Poçettino "Mançester Yunayted"in oyundan sonrakı istirahət gününü ləğv edib Futbol 21:27 Mənimsəmədə şübhəli bilinən Rusiyanın Murmansk vilayətinin qubernatoru saxlanılıb Region 21:19 Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb Digər ölkələr 20:55 Serbiyada müxalifət parlamentin heç bir komitəsinə rəhbərlik etməyəcək Digər ölkələr 20:47 Foto Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib Daxili siyasət 20:43 Avropa Komissiyası rusiyalı hərbçilər və turistlər üçün viza qaydalarını sərtləşdirib Digər ölkələr 20:42 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Futbol 20:34 NATO şərq cinahında hava və antidron müdafiəsini gücləndirəcək Digər ölkələr 20:20 Merts: Ukrayna NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri almalıdır Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.