Formula 1 · F-1.az
Şarl Lekler: Poul qazanmaq potensialı var idi, amma səhv etdim

Şarl Lekler və Lyuis Həmilton Marina Bay trasında Ferrari-nin yüksək sürətini təsdiqləyiblər və Qran Pri Sinqapurun sıralanma turunda ikinci və üçüncü nəticəni göstəriblər. Leklerin timsalında Maksa Ferstappenə məxsus poul mövqeyindən geri qalma altı yüzdəbir saniyədən də az olub və o, poul uğrunda mübarizəyə mane olan səhvlərə yol verdiyindən gileylənib.