Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək

“Trabzonspor”un yay transfer pəncərəsində “Midtyulland”dan heyətinə qatdığı Frankulinyo Dju ilə bağlı müqavilədə nəzərdə tutulan 8 milyon avroluq bonus aktivləşib.
Apasport.az xəbər verir ki, Türkiyə klubu 22 yaşlı hücumçunun transferi üçün ilkin olaraq 17 milyon avro ödəyib. Müqavilədə komandanın idman nəticələrinə bağlı müəyyən şərtlər də yer alıb. Həmin şərtlərin artıq yerinə yetirilməsi səbəbindən “Trabzonspor” “Midtyulland”a əlavə 8 milyon avro ödəməli olacaq.
Beləliklə, Frankulinyo Djunun transferi üzrə zəmanətli məbləğ 25 milyon avroya yüksəlib.
Müqavilədə futbolçunun fərdi göstəriciləri və “Trabzonspor”un gələcək idman nəticələri ilə bağlı daha çətin şərtlərə əsaslanan 5 milyon avroluq əlavə bonus da mövcuddur. Bu bonus da aktivləşərsə, hücumçunun ümumi transfer məbləği 30 milyon avroya çatacaq.
25 milyon avroluq məbləğ Frankulinyo Djunu Superliqa tarixinin ən bahalı transferləri sırasında ilk “10-luğ”a daxil edib:
Viktor Osimhen – 75 milyon avro Meyson Qrinvud – 39 milyon avro Rafael Leao – 38 milyon avro Vilfrid Sinqo – 30,7 milyon avro Orkun Kökçü – 30 milyon avro Uğurcan Çakır – 30 milyon avro Matteo Genduzi – 28 milyon avro Aleksey Batrakov – 25 milyon avro Frankulinyo Dju – 25 milyon avro Kerem Aktürkoğlu – 22,5 milyon avro