Digər · APA Sport
Karvaxalən yeni klubu BƏLLİ OLDU

“Real”ın sabiq futbolçusu Dani Karvaxal karyerasını İspaniyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Xetafe” ilə anlaşıb.
Bu barədə "Marca" nəşri məlumat yayıb.
İyul ayından klubsuz olan Karvaxal artıq yeni komandası üçün tibbi müayinədən keçib. La Liqa rəhbərliyinin transferə təsdiq verməsindən sonra ispaniyalı futbolçu ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, “Real”ın yetirməsi olan Karvaxal 13 il Madrid klubunun əsas komandasında çıxış edib. O, “kral klubu”nun heyətində 451 matça çıxıb və ümumilikdə 27 titul qazanıb.