Basketbol · APA Sport
Azərbaycan Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb

Azərbaycan Basketbol Liqasında (ABL) I, II və III turlardan təxirə salınmış oyunların tarixləri və başlama saatları açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.
Qarşılaşmalar noyabrın 21–22-də Bakı İdman Sarayında keçiriləcək.
Təqvimə əsasən, noyabrın 21-də saat 14:30-da "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcək.
Noyabrın 22-də isə saat 15:00-da "Naxçıvan" – "Neftçi", saat 18:00-da "Landau Lions" – "Ordu" görüşləri baş tutacaq.