Digər · APA Sport
Azərbaycan cüdoçuları Almatıda təlim-məşq toplanışında iştirak edir

Azərbaycanın cüdo üzrə milli komandası Qazaxıstanın Almatı vilayətində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, avqustun 5-də Olimpiya Hazırlığı Bazasında başlayan hazırlıq prosesinə dünyanın 30 ölkəsindən 700-dən çox cüdoçu qatılıb.
Qeyd olunub ki, Azərbaycan yığmasının üzvləri toplanış çərçivəsində fiziki və texniki hazırlıqlarını təkmilləşdirir, həmçinin müxtəlif ölkələrin cüdoçuları ilə randori məşqlərində iştirak edirlər.
Təlim-məşq toplanışı avqustun 15-dək davam edəcək.