İdman24
Digər · APA Sport

“Milan” avrokuboklarda antirekordunu təkrarlayıb

“Milan” avrokuboklarda mövsümə uğursuz start baxımından tarixinin ən pis göstəricilərindən birini təkrarlayıb.

Apasport.az xəbər verir ki, “rossonyerlər” UEFA Avropa Liqasının IV turunda doğma meydanda “Ferentsvaroş”a 0:2 hesabı ilə məğlub olub.

Bundan əvvəl Ruben Amorimin komandası “Benfika”ya (0:2) və “Bornmut”a (0:3) uduzub, “Zalsburq”u isə 4:0 hesabı ilə məğlub edib.

Komanda yalnız 2021/22 mövsümündə avrokuboklara daha uğursuz start verib. Həmin vaxt Çempionlar Liqasında mübarizə aparan İtaliya klubu ilk dörd turda üç məğlubiyyət alaraq cəmi 1 xal toplayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə