İdman24
Digər · APA Sport

Muslera karyerasını bitirdi, komandası finalda məğlub oldu

Libertadores Kubokunun qalibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, həlledici qarşılaşmada Argentinanın “Estudiantes” və Braziliyanın “Palmeyras” komandaları üz-üzə gəlib.

Görüşün taleyini bir qol həll edib. Braziliya təmsilçisi rəqibini minimal hesabla məğlub edərək kuboka sahib çıxıb.

Qeyd edək ki, bu matç “Qalatasaray”ın sabiq qapıçısı Fernando Musleranın “Estudiantes”in heyətində son oyunu olub. 40 yaşlı uruqvaylı qolkiper qarşılaşmadan sonra peşəkar futbolçu karyerasını başa vurub.

Orijinal mənbə

İdman24 əsas səhifə