İdman24
Futbol · Report İdman

Nazim Süleymanov: "U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün böyük şansdır"

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası Bakı 23° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Nazim Süleymanov: "U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün böyük şansdır" Futbol 22 oktyabr, 2026 16:55 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Bakıda keçiriləcək FİFA U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün böyük şansdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Nazim Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O, yığmadan yaxşı nəticə gözlədiyini söyləyib:

"Milli komandamızdan, əlbəttə ki, qələbələr gözləyirik. Bu cür dünya çempionatı və festivalda iştirak etmək hər bir futbolçu üçün böyük şansdır. Bu fürsətdən maksimum istifadə etmək lazımdır. İnanıram ki, bu təcrübə gənc oyunçularımızın gələcəkdə böyük futbolçu kimi formalaşmasına təkan verəcək.

Təcrübəli mütəxəssis azarkeşləri komandaya dəstək verməyə çağırıb:

"Bu imkanı AFFA rəhbərliyi yaradıb və futbolçularımız üçün lazımi şəraiti təmin edib. İnanıram ki, gənc futbolçular meydana qələbə əzmi ilə çıxaraq hamımızı sevindirəcəklər. 189 ölkənin iştirak edəcəyi bu çempionat analoqu olmayan bir tədbirdir. Bu, böyük sevinc və əsl futbol bayramıdır. Fürsətdən istifadə edərək bütün futbolsevərləri bu bayramda iştirak etməyə dəvət edir, onları təbrik etmək istəyirəm".

Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək. Komanda oktyabrın 25-də, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Bu iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Milli komanda oktyabrın 26-da, saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано Назим Сулейманов: Чемпионат мира и фестиваль U-15 — большой шанс для юных футболистов --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 17:49 Foto İndira Hacıyeva Bişkekdə TDT-nin gənclər və idman nazirlərinin iclasında iştirak edib Fərdi 17:39 Atletika üzrə Avropa çempionatı 2030-cu ildə Helsinkidə keçiriləcək Fərdi 17:22 Cənubi Koreya Azərbaycanla aviasiya sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir İnfrastruktur 17:22 Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub Hadisə 17:18 Foto KPMG "Yaşıl Enerji Dəhlizi" ilə bağlı 4 prioritet istiqaməti müəyyən edib Energetika 17:18 Foto Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib Fərdi 17:12 Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var Hadisə 17:08 Arif Əsədov: "Azərbaycan millisinin heyətində əsas yığma səviyyəsinə yüksələcək futbolçular var" Futbol 17:07 Azərbaycan Britaniya şirkəti ilə "Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığı nəzərdən keçirib Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə