İdman24
Futbol · Report İdman

FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol Bakı 24° C USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib Futbol 16 oktyabr, 2026 16:10 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

FIFA 2027-ci ildə 20 yaşadək oğlanlar arasında keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi brendini təqdim edib.

AFFA-dan "Report" a verilən məlumata görə, brend Azərbaycan və Özbəkistanda təşkil olunacaq turnirdə yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir.

"Bu oyun sənlikdir" rəsmi şüarı gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanıb.

Bu şüar FIFA U-20 dünya çempionatının ruhunu əks etdirir və böyük uğurlara imza atmaq, yeni əlaqələr qurmaq, futbolun gələcəyinin formalaşmasına töhfə vermək imkanlarını önə çıxarır.

Turnirin Azərbaycan və Özbəkistanın mədəni irsindən bəhrələnən vizual konsepsiyası yerli kaşı və mozaikalardan ilham alır. Ənənəvi elementlər gənc nəslin zövqünə uyğun müasir naxışlar, rənglər və rəng keçidləri ilə yenidən təqdim olunur.

Rəsmi emblemdə gənc oyunçuların futbolun gələcəyini formalaşdırmaq potensialını göstərən, özünəməxsus dizayna malik, "SƏN" mənasını verən "U" hərfi yer alır. Bu dizayn futbolçuların və azarkeşlərin turnirin mərkəzində olduqlarını vurğulayır. Emblemdəki "U20" elementlərinin forması isə çempionatın rəsmi vizual üslubunun bütün materiallarında istifadə olunan dinamik naxışı əks etdirir.

Dinamik rəng keçidləri ilə zənginləşdirilmiş firuzəyi, yaşıl, bənövşəyi və qırmızı rənglərdəki parlaq palitra vizual konsepsiyanı tamamlayır və turnirə ev sahibliyi edəcək iki ölkəni vahid brend ətrafında birləşdirir.

FIFA-nın baş katibi Mattias Qrafström bildirib:

"FIFA dünya çempionatında öz ölkələrini təmsil etmək bu gənc futbolçular üçün karyeraları boyu qürurla xatırlayacaqları mühüm nailiyyətdir. Bu, eyni zamanda müxtəlif oyun üslubları ilə tanış olmaq, yeni mühitə uyğunlaşmaq və öz nəslinin ən yaxşı futbolçuları ilə rəqabətdə özünü sınamaq şansıdır. "Bu oyun sənlikdir" şüarı məhz onlara ünvanlanıb: bura onların futbolda öz izlərini qoymaq fürsəti qazandıqları səhnədir.

Səmərəli əməkdaşlığa görə minnətdar olduğum ev sahibləri Azərbaycan və Özbəkistanla birlikdə gənc futbolçulara dünya çempionatında bütün bacarıqlarını nümayiş etdirmələri üçün lazımi dəstəyi göstərmək və final fitindən uzun müddət sonra da xatırlayacaqları unudulmaz təcrübə qazandırmaq istəyirik".

Bu gün turnirin rəsmi brendinin təqdimatı münasibətilə ev sahibi iki ölkənin paytaxtlarında tədbirlər keçiriləcək. Mundiala hazırlıq işlərinin sürətləndiyi bir vaxtda Bakı və Daşkəndin tanınmış məkanlarında rəsmi emblem nümayiş etdiriləcək.

AFFA-nın prezidenti Rövşən Nəcəf dünya çempionatının gənc futbolçular üçün geniş imkanlar yaradacağını vurğulayıb:

"FIFA U-20 dünya çempionatı 2027 müxtəlif ölkələrdən olan gənc futbolçulara öz istedadlarını nümayiş etdirmək, dəyərli beynəlxalq təcrübə qazanmaq və karyeralarında irəliyə doğru mühüm addım atmaq üçün geniş imkanlar yaradır. İnanırıq ki, turnir yüksək səviyyəli idman yarışı olmaqla yanaşı, gənc futbolçuların inkişafına və azarkeşlərin futbola marağının daha da artmasına xidmət edən mühüm platforma olacaq".

Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Ravşan İrmatov da mundialın önəmindən danışıb:

"FIFA U-20 dünya çempionatı 2027 gənc futbolçulara öz istedadlarını beynəlxalq arenada nümayiş etdirmək, dəyərli təcrübə qazanmaq və peşəkar karyeralarında növbəti addımı atmaq üçün böyük imkanlar yaradır. İnanırıq ki, Özbəkistan və qardaş Azərbaycan xalqının ev sahibliyi edəcəyi mundial ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək və dünyanın hər yerində futbol azarkeşlərinin rəğbətini qazanacaq".

FIFA U-20 dünya çempionatı 2027 yarışın sayca 25-ci turniri olacaq və 1977-ci ildə Tunisdə keçirilmiş ilk turnirin 50 illiyinə təsadüf edəcək. Dieqo Maradona, Lionel Messi və Erlinq Holann bu nüfuzlu yarışda çıxış etmiş məşhur futbolçular sırasındadırlar. Qarşıdakı çempionat gənc nəslə futbolda öz izini qoymaq, azarkeşlərə isə gələcəyin ulduzlarını kəşf etmək şansı verəcək.

Mundialı stadionlardan izləmək istəyən azarkeşlər bilet satışı ilə bağlı məlumat almaq üçün FIFA.com/tickets səhifəsində qeydiyyatdan keçə bilərlər.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано FIFA представила официальный бренд ЧМ по футболу U-20 FIFA unveils official brand for U20 World Cup 2027 --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 18:36 Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər Region 18:30 İtaliyada tələbə nümayişləri keçirilib Digər ölkələr 18:21 Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq İnfrastruktur 18:17 Foto Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib Hərbi 18:16 Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz" Maliyyə 18:13 Bakı-Quba yolunda yük maşını aşıb, ölən var Hadisə 18:12 Zaur Həşimov: "Bu dəfəki məğlubiyyət daha acı oldu" Futbol 18:08 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb Maliyyə 18:06 AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu sabit saxlayıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə