İdman24
Digər · APA Sport

Mbappe Yamalı qabaqladı - AYIN ƏN YAXŞISI SEÇİLDİ

İspaniya La Liqasında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu ada “Real”ın hücumçusu Kilian Mbappe layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Fransalı forvard azarkeşlər arasında keçirilən səsvermədə Lamin Yamal, Qonsalo Quedes, Alexandro Qrimaldo və Matias Dituronu qabaqlayıb.

Qeyd edək ki, Mbappe oktyabrda La Liqada keçirdiyi 3 oyunda 4 qolla yadda qalıb.

Orijinal mənbə

İdman24 əsas səhifə