İdman24
Basketbol · APA Sport

"Neftçi SOCAR" 1/4 finala vəsiqə qazanıb

Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında "Sea Breeze" mərhələsinin ilk oyun gününün görüşləri keçirilib.

Apasport.az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi SOCAR" klubu ilk qrup oyununda İspaniyanın "Arrasate Ointxe" klubuna 12:10, ikinci qrup oyununda isə Çinin "Yanjinq" klubuna 21:13 hesabı ilə qalib gəlib.

Təmsilçimiz qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, 1/4 finaldakı rəqib İspaniyanın "Madrid" klubu olacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə