Lixtenşteynlə altıncı duel: Azərbaycan millisi əvvəlki 5 oyunun üçündə qalib gəlib

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 24° C USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Lixtenşteynlə altıncı duel: Azərbaycan millisi əvvəlki 5 oyunun üçündə qalib gəlib Futbol 01 oktyabr, 2026 15:40 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün üz-üzə gələcək Azərbaycan və Lixtenşteyn yığmaları daha əvvəl 5 dəfə qarşılaşıblar.
"Report" un məlumatına görə, Azərbaycan millisi bu oyunların 3-də qələbə qazanıb.
Rəqib bir dəfə qalib gəlibsə, bir görüşdə heç-heçə qeydə alınıb.
Tərəflərin ilk dueli 1998-ci ildə baş tutub. Avropa çempionatının seçmə mərhələsinin Vadutsda baş tutan oyununda Lixtenşteyn seçməsi qalib gəlib - 2:1. Bu, rəqibin rəsmi matçlarda ilk qələbəsi kimi tarixə düşüb.
Komandaların həmin seçmə mərhələdəki növbəti oyunu 1999-cu ildə keçirilib. Azərbaycan millisi rəqibini 4 cavabsız qolla üstələyib.
Azərbaycan və Lixtenşteyn yığmaları növbəti dəfə DÇ-2010-un seçmə mərhələsində rəqib olublar. 2008-ci ildə Bakıda reallaşan matçda hesab açılmayıb. Vadutsda baş tutan görüşdə isə Azərbaycan millisi 2:0 hesablı qalibiyyətə imza atıb.
Tərəflər son olaraq 2013-cü ildə yoldaşlıq oyununda qarşılaşıblar. Dubayda gerçəkləşən matçda Azərbaycan yığması rəqibini məğlub edib - 1:0.
Xatırladaq ki, D Liqasının 2-ci qrupunun Azərbaycan - Lixtenşteyn qarşılaşması bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 18:27 Himalayda qar uçqunu qurbanlarının sayı 15-ə çatıb Digər ölkələr 18:11 Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub Fərdi 18:10 Foto Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib Media 18:05 Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində müzakirələr aparılıb Xarici siyasət 18:01 Foto Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB-2 Hadisə 17:46 "Azərkosmos": Süni intellekt peyk texnologiyalarını avtomatlaşdırsa da, insanın rolu qalır İKT 17:42 Naxçıvan Ali Məclisinin deputatı Qəzənfər Abdullayev mandatından məhrum edilib Daxili siyasət 17:39 "Mançester Siti"yə cəza tətbiq olunarsa, Fil Foden "Bavariya"ya keçə bilər Futbol 17:36 ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH Analitika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.