İdman24
Futbol · Report İdman

"Qarabağ"ın "Sabah"a qarşı qələbəsiz seriyası 10 matça yüksəlib - Araşdırma

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 16° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Qarabağ"ın "Sabah"a qarşı qələbəsiz seriyası 10 matça yüksəlib - Araşdırma Futbol 26 oktyabr, 2026 12:00 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Qarabağ" futbol komandasının "Sabah"a qarşı son oyunlardakı qələbəsizlik seriyası davam edib.

"Report" un araşdırmasına əsasən, Ağdam klubu bütün turnirlər nəzərə alınmaqla son 10 matçda rəqibini üstələyə bilməyib.

Komandalar arasındakı ən son matç ötən gün Misli Premyer Liqasının IX turunda baş tutub. Mərdəkandakı "Sabah Arena"da keçirilən qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

"Köhlən atlar"ın son ölkə çempionu üzərində axırıncı qələbəsi 2024-cü ilin sentyabrına təsadüf edir. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Misli Premyer Liqasında rəqibini 3:2 hesabı ilə məğlub edib. O dövrdə "Sabah"ın baş məşqçisi xorvatiyalı mütəxəssis Krunoslav Renduliç olub.

Həmin matçdan sonra ağdamlıların bu rəqibə qarşı qələbəsiz oyunlar seriyası başlayıb.

2024-cü ilin noyabrında "bayquşlar"ın baş məşqçisi vəzifəsinə gətirilən rusiyalı Vasili Berezutski də "Qarabağ"a uduzmayıb. İki kollektivin 2024/2025 mövsümündə Misli Premyer Liqasında ardıcıl üç görüşü 1:1 hesabı ilə başa çatıb.

"Sabah" həmin mövsümdə Azərbaycan Kubokunun final qarşılaşmasında rəqibini əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə bu titulu qazanıb.

2025/2026 mövsümünə litvalı mütəxəssis Valdas Dambrauskasla başlayan "Sabah" onun rəhbərliyi dövründə də "Qarabağ"a yenilməyib.

Bakı təmsilçisi ötən mövsüm Misli Premyer Liqasının I (2:1) və XXVIII (1:0) turlarında rəqibini məğlubiyyətə uğradıb. XXII turda isə qollu heç-heçə qeydə alınıb - 3:3. Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında tərəflər bərabərə qalıblar (2:2). Cavab oyununda isə "Sabah" 2:1 hesabı ilə sevinən tərəf olub.

Qeyd edək ki, komandalar arasındakı növbəti qarşılaşma Misli Premyer Liqasının XIX turunda baş tutacaq. Matçın fevralın əvvəlində keçirilməsi planlaşdırılır.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 12:25 Nihal Saad: Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır Digər 12:24 Azərbaycanda könüllü sığorta bazarı 13 %-ə yaxın böyüyüb Maliyyə 12:23 Xalid Fəthəlrəhman: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu problemlərin həlli üçün platforma olacaq Mədəniyyət siyasəti 12:20 Bakıda sabah 21 dərəcə isti olacaq Ekologiya 12:18 Foto U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib Futbol 12:17 ASCO avtotexnika daşımalarının həcmini 12 % artırıb İnfrastruktur 12:16 "Qaradağ" GES-də istehsalın həcmi açıqlanıb Energetika 12:15 "AzParking" tətbiqinə yeni funksiyalar əlavə edilib İnfrastruktur 12:12 Niderlandın XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə