İdman24
Döyüş İdmanı · Report İdman

İtaliya və Azərbaycanın Afrikada birgə xammal layihələri ilə bağlı planları açıqlanıb

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 14° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika İtaliya və Azərbaycanın Afrikada birgə xammal layihələri ilə bağlı planları açıqlanıb Biznes 23 noyabr, 2026 12:14 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

İtaliya və Azərbaycan Afrikada və dünyanın digər regionlarında kritik vacib xammal sahəsində birgə müəssisələr yaratmaq niyyətindədir.

"Report" xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

XİN başçısı Romada Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünü və iki ölkə arasında kritik vacib xammal materialları sahəsində ilk memorandumun imzalanmasını xatırladıb.

A.Tayaninin sözlərinə görə, indi memorandumun icrası ilə bağlı sənədin imzalanması vacibdir: "Memorandum digər məsələlərlə yanaşı, Afrikada, eləcə də dünyanın digər regionlarında kritik vacib xammal materialları sahəsində birgə fəaliyyət üçün müştərək müəssisələrin yaradılmasını nəzərdə tutur. Xammalın qiyməti bəzən malların istehsalı üçün ciddi yükə çevrilir. Biz əməkdaşlıq çərçivəsində xammal xərclərini azaltmağa və bununla da sənaye sistemlərimizin rəqabət qabiliyyətini artırmağa çalışırıq".

Nazir Azərbaycanı İtaliyanın strateji tərəfdaşı adlandırıb və son illərdə iki ölkənin böyük nailiyyətlər əldə etdiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya, həmçinin İtaliya Prezidenti Sercio Mattarellanın və Baş nazir Corcia Meloninin Bakıya səfərləri tərəfdaşlığın möhkəmlənməsinə töhfə verib.

"Lakin bugünkü biznes forum əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə çıxarmağımıza imkan yaratmalıdır. Biz qarşımıza iddialı hədəflər qoymalı və qarşılıqlı fəaliyyətimizin hər iki ölkənin vətəndaşlarına getdikcə daha çox fayda gətirməsinə nail olmalıyıq", - M. Tayani deyib.

Onun sözlərinə görə, məhz vətəndaşların həyatının yaxşılaşdırılması biznesə dövlət dəstəyinin əsas məqsədidir: "Beynəlxalq vəziyyətin mürəkkəb olmasına baxmayaraq, İtaliya Azərbaycanla iqtisadi və sənaye əməkdaşlığını bundan sonra da inkişaf etdirmək niyyətindədir".

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Nəzrin Babayeva Sosial şəbəkələrdə paylaşın Kopyalandı Таяни сообщил о планах Италии и Азербайджана по совместным сырьевым проектам в Африке Tajani: Italy and Azerbaijan plan joint ventures for critical raw materials projects in Africa --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 14° C Son xəbərlər 16:45 Rütte NATO-nun 1997-ci il sərhədlərinə qayıtması ehtimalını rədd edib Digər ölkələr 16:42 Foto Azərbaycan Türkiyənin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulmasını dəstəkləyəcək Energetika 16:40 Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 58 %-ə yaxın artıb İKT 16:40 Foto Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb Fərdi 16:38 Foto Azərbaycan və İtaliya XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər - Yenilənib Xarici siyasət 16:35 Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb Maliyyə 16:34 Razılaşdırma sənədi qəbul edilməyən COP - qlobal güclərin məsuliyyəti Analitika 16:32 Foto Bakı metrosunda xidmətlərin müasir tələblərə uyğunlaşdırılması müzakirə olunub İnfrastruktur 16:32 Samir Şərifov: Azərbaycan Türkmənistanın qlobal sülh addımlarını dəstəkləyir Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə