Futbol · APA Sport
Messidən növbəti DÇ rekordu - Maradonanı geridə qoydu

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın 1/16 finalında Kabo-Verde ilə görüşdə növbəti rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu bu matçda qol ötürməsi edərək dünya çempionatları tarixində bu göstəricidə birinci yerə yüksəlib.
Messi mundial karyerasında qol ötürmələrinin sayını 9-a çatdıraraq Dieqo Maradonanı geridə qoyub. Maradonanın dünya çempionatlarında 8 qol ötürməsi var idi.
Qeyd edək ki, Messi Kabo-Verde ilə oyunda həm də dünya çempionatlarında 30 matça çıxan ilk futbolçu olub və vurduğu qolla mundiallardakı qol sayını 20-yə çatdırıb.