İdman24
Digər · APA Sport

Rocer Federer Tennis Şöhrət Zalına daxil edilib

20 dəfə “Böyük dəbilqə” turnirinin qalibi olan Rocer Federer Tennis Şöhrət Zalına daxil edilib.

Apasport.az xəbər verir ki, İsveçrəli əfsanənin şərəfinə mərasim ABŞ-ın Nyuport şəhərində baş tutub.

Federer 2022-ci ilin sentyabrında, “Leyver Kuboku”nda iştirak etdikdən sonra karyerasını başa vurub. Onun son görüşü cütlüklər yarışında ispaniyalı Rafael Nadal ilə birgə olub.

Qeyd edək ki, Federer daha əvvəl 2026-cı il ABŞ Açıq çempionatının “Azarkeşlər həftəsi” çərçivəsində iki nümunəvi görüş keçirib. O, əvvəlcə Endi Roddiklə bir set oynayaraq 6:3 hesabı ilə qalib gəlib. Daha sonra Con MakEnro ilə duet təşkil edən Federer Andre Aqassi və Roddiki 7:5 hesabı ilə məğlub edib.

Orijinal mənbə

İdman24 əsas səhifə