İdman24
Digər · APA Sport

I və II Liqaların püşkatma vaxtı açıqlanıb

Futbol üzrə Azərbaycan 1-ci və 2-ci Liqalarında 2026/2027-ci illər mövsümünün püşkatma mərasimlərinin vaxtı müəyyənləşib.

Apasport.az xəbər verir ki, püşkatma tədbirləri Peşəkar Futbol Liqasının inzibati binasında keçiriləcək.

1-ci Liqanın püşkatma mərasimi avqustun 4-də, saat 15:00-da başlayacaq.

2-ci Liqanın püşkü isə avqustun 5-də, saat 15:00-da atılacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə