İdman24
Futbol · APA Sport

“Yuventus”u “Lion”a dəyişdi - RƏSMİ

“Yuventus” hücumçusu Lois Openda ilə müvəqqəti yollarını ayırıb.

Apasport.az xəbər verir ki, Turin klubu Belçika millisinin üzvünün mövsümün sonunadək Fransanın “Lion” klubuna icarəyə verildiyini rəsmən açıqlayıb.

Razılığa əsasən, “Lion” bu keçid üçün “Yuventus”a 3,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, 26 yaşlı forvard 2025-ci ilin sentyabrında Almaniyanın “Leyptsiq” klubundan 42,75 milyon avro qarşılığında “Yuventus”a transfer olunmuşdu. O, Turin təmsilçisinin heyətində keçirdiyi 37 oyunda cəmi 2 qol vurub.

Orijinal mənbə

İdman24 əsas səhifə