İdman24
Digər · APA Sport

Fransa - İraq matçında fırtına xəbərdarlığı - Tribunalar boşaldıldı

2026-cı il dünya çempionatında Fransa ilə İraq arasında keçirilən I qrupunun II tur matçında fasilə uzanıb.

Apasport.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsinin startı güclü fırtına xəbərdarlığı səbəbindən gecikib.

Təhlükəsizlik məqsədilə stadiondakı azarkeşlərdən tribunaları boşaltmaları istənilib. Komandaların meydana çıxışı isə hava şəraiti ilə bağlı saat 04:00-a qədər təxirə salınıb.

Qeyd edək ki, Fransa - İraq oyununda ilk hissədən sonra hesab avropalıların xeyrinədir: 1:0.

Orijinal mənbə

İdman24 əsas səhifə