İdman24
Basketbol · APA Sport

Millimiz Avropa çempionatını 11-ci pillədə tamamladı

Azərbaycanın 20 yaşadək qızlardan ibarət basketbol millisi FIBA Avropa çempionatının B divizionunda çıxışını başa vurub.

Apasport.az xəbər verir ki, komandamız turnirdəki son qarşılaşmasında İsveçrə ilə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən oyun rəqibin 63:56 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Azərbaycan millisi debüt etdiyi Avropa çempionatını 11-ci pillədə tamamlayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə