Arif Əsədov: "Lixtenşteyni asanlıqla məğlub etmək istəyiriksə, ilk dəqiqələrdə hesabı açmalıyıq"

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 22° C USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Arif Əsədov: "Lixtenşteyni asanlıqla məğlub etmək istəyiriksə, ilk dəqiqələrdə hesabı açmalıyıq" Futbol 01 oktyabr, 2026 10:47 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisi Lixtenşteyn üzərində rahat qələbə qazanmaq istəyirsə, matçın ilk dəqiqələrində hesabı açmalıdır.
Bunu "Report" a açıqlamasında yığmanın sabiq məşqçisi Arif Əsədov deyib.
56 yaşlı mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb:
"Lixtenşteyn arzuladığımız rəqiblərdən biridir. Həm fərdi futbolçu, həm də komanda olaraq onlardan xeyli üstünük. Bu səbəbdən qələbə qazanmaq son dərəcə əhəmiyyətlidir. Qalib gəlmək turnir cədvəlində liderliyə yüksəlmək baxımından da böyük önəm daşıyır. Yığmamıza bugünkü matçda mütləq qələbə lazımdır. Bu hədəfə asanlıqla çatmaq istəyiriksə, oyunun ilk dəqiqələrində topu rəqibin qapısından keçirməliyik. Bu baş verərsə, qarşı tərəfin qapalı müdafiə xəttini yarmaq daha asan olacaq. Amma vaxt keçdikcə bizim üçün müəyyən çətinliklər yarana bilər".
A.Əsədov baş məşqçi Ayxan Abbasovun heyətdə bəzi dəyişikliklər edə biləcəyini söyləyib:
"Heyətdə müəyyən yeniliklər baş verə bilər. Milli komandanın bugünkü görüşdə qalib gələcəyinə inanıram. Rahat qalibiyyət əldə edərək Litva ilə növbəti matça hazırlaşmaq lazımdır".
Xatırladaq ki, D Liqasının 2-ci qrupunun qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 12:18 ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH Analitika 12:17 Ermənistanda dövlət büdcəsi təxminən 1,3 mlrd dollar kəsirlə təsdiqlənib Region 12:15 Foto "Mingəçevir Reqatası-2026": Azərbaycan idmançıları daha üç medal qazanıblar - YENİLƏNİB-3 Fərdi 12:14 Erdem Tındaş: Birgə layihələrimizin Azərbaycan iqtisadiyyatına töhfə verməsinə çalışırıq Hərbi 12:11 Futzal üzrə hakim-inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb Futbol 12:10 İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir Xarici siyasət 12:09 Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq İnfrastruktur 12:06 Foto Azərbaycan Yunanıstanla enerji və nəqliyyat bağlantılarının genişləndirilməsini müzakirə edib Energetika 12:05 Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu "Azər-Türk Bank"ın yeni səhmlərini əldə edəcək Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.