Futbol · APA Sport
“Liverpul”un yarımmüdafiəçisi İspaniya klubunda

İspaniyanın "Valensiya" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi "Liverpul"dan Harvi Elliottu icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İngiltərəli hücumameyilli yarımmüdafiəçi mövsümün sonuna qədər "Valensiya"nın formasını geyinəcək.
Qeyd edək ki, "Liverpul" Harvi Elliottu 2019-cu ilin yayında "Fulhem"dən transfer edib. 23 yaşlı futbolçu 2025/26 mövsümündə icarəəsasında "Aston Villa"da çıxış edib.