İdman24
Digər · APA Sport

Arda Gülərdən tarixi rekord – 100 milyon avroya çatdı

“Real”ın və Türkiyə millisinin futbolçusu Arda Gülərin bazar dəyəri yenilənib. Apasport.az xəbər verir ki, “Transfermarkt” İspaniya La Liqasında çıxış edən futbolçuların yeni bazar qiymətlərini açıqlayıb. Ardanın dəyəri son yeniləmədə 10 milyon avro artaraq 100 milyon avroya yüksəlib. Bununla da 21 yaşlı yarımmüdafiəçi Türkiyə futbolu tarixində bazar dəyəri 100 milyon avroya çatan ilk futbolçu olub. “Xetafe”də çıxış edən digər türkiyəli futbolçu Enes Ünalın bazar dəyərində isə dəyişiklik olmayıb. Onun qiyməti 7 milyon avro olaraq qalıb. Qeyd edək ki, Arda Gülər 2023-cü ilin yayında “Fənərbaxça”dan “Real”a transfer olunub. Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Orijinal mənbə

İdman24 əsas səhifə