İlham Əliyev: Müharibəni başlamaq asandır, amma bitirmək çətindir

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika İlham Əliyev: Müharibəni başlamaq asandır, amma bitirmək çətindir Daxili siyasət 27 oktyabr, 2026 10:20 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, müharibəni başlamaq asandır, amma bitirmək çətindir:
"Bu gün biz meydana çıxan yeni müharibələri görürük. Hər il demək olar ki, bunun şahidiyik. Müharibəni başlamaq asandır, amma bitirmək çətindir. Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik. Bu təcrübəyə nəzər salınmalı və müharibə tərəfləri bunu tədqiq etməlidirlər. Bu onlara müharibənin dayandırılması üçün kömək edər. Bu baxımdan təcrübəmizin çox dəyərli ola biləcəyini düşünürəm. Bizim qurduğumuz mövcud presedent bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər".
İlham Əliyev vurğulayıb ki, münaqişələr mahiyyətcə bir-birindən fərqlənir, amma əksər hissəsi bir-biri ilə bağlıdır:
"Bu iddialardır, təcavüzdür, üstünlük, cəzasız qalmaq düşüncəsidir. Bu bizim vəziyyətdə 30 ildən artıq çəkdi. Lakin biz buna son qoyduq. Bunu beynəlxalq hüquqa uyğun olaraq etdik".
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Sevil Seymur Sosial şəbəkələrdə paylaşın Скопировано Президент: Начать войну легко, но трудно положить ей конец --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 11:56 Əcnəbi aqronom, bağçılıq üzrə mütəxəssis və baytarlara Azərbaycanda yaşamaq icazəsi I oxunuşda qəbul edilib Milli Məclis 11:53 Azərbaycanın kredit ittifaqları 9 ayda 1,5 milyon manat zərər edib Maliyyə 11:52 Azərbaycan millisi UEFA İnkişaf Turnirini qələbə ilə başa vurub Futbol 11:52 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq Energetika 11:51 Azərbaycan BOKT-larının xalis mənfəəti 2,55 dəfə artıb Maliyyə 11:40 "Card to card"a limit fonunda ödəniş kartlarının sayında artım iki dəfə sürətlənib Maliyyə 11:36 Məhəmməd Əl-Malik: ICESCO Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edir Xarici siyasət 11:33 Zuyev: BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanla tərəfdaşlığı gücləndirməyə ümid edir Xarici siyasət 11:32 "Gəncə" basketbol komandası yeni baş məşqçisini açıqlayıb Komanda Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.