Digər · APA Sport
Raman Salei Avropa çempionatının finalında

Azərbaycanın paraüzgüçüsü Raman Salei Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, idmançımız 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:03.38 nəticə göstərərək həlledici mərhələyə yüksəlib.
Qeyd edək ki, Raman Salei finalda medal uğrunda mübarizə aparacaq.