Basketbol · APA Sport
“Sabah” səfərdə məğlub oldu

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı birinci qarşılaşmasında Litvada "Ritas"la üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 82:73.
Qeyd edək ki, A qrupunda Fransanın "Nanter 92" və Türkiyənin "Trabzonspor" klubları da yer alıblar.