İdman24
Futbol · Report İdman

Almaniya Bundesliqasında cari mövsüm yeni qol rekordu qeydə alınıb

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 23° C USD - 1.700 EUR - 1.907 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Almaniya Bundesliqasında cari mövsüm yeni qol rekordu qeydə alınıb Futbol 15 oktyabr, 2026 22:18 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Almaniya Bundesliqasında 2026/2027 mövsümünün ilk beş turunda 172 qol vurulmaqla rekord göstərici qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Bundesliqanın rəsmi saytında dərc olunan statistik məlumatlarda bildirilib.

Əvvəlki rekord 170 qol olub. Bu göstərici 1984/1985 mövsümündən bəri qüvvədə qalıb.

Cari mövsümün ilk beş turunda ümumilikdə 45 oyun keçirilib və komandalar bu qarşılaşmalarda orta hesabla hər matçda 3,82 qol vurublar.

Təkcə V turda 35 qol qeydə alınıb. Həmin turda "Leyptsiq" "Ayntraxt"ı 6:0 hesabı ilə darmadağın edib, "Bayer 04" isə "Maynts"a 4:3 hesabı ilə qalib gəlib. Beləliklə, V turun oyunları başa çatdıqdan sonra ilk beş tur üzrə ümumi qol sayı 172-yə çatıb və əvvəlki rekord yenilənib.

Almaniya çempionatı orta məhsuldarlıq göstəricisinə əsasən Avropanın beş aparıcı liqası arasında birinci yerdə qərarlaşıb. İspaniya La Liqasında keçirilmiş 69 matçda komandalar orta hesabla hər oyunda 3,04 qol vurublar.

Bundesliqanın cari mövsümündə ən məhsuldar komanda 16 qolla "Bavariya"dır. "Leyptsiq" 15, "Bayer 04" və "Frayburq" isə hərəyə 14 qol vurub.

"Bayer"in hücumçusu Patrik Şik beş oyunda beş qol vuraraq bombardirlər yarışına başçılıq edir. Maykl Olise, Kristofer Nkunku və Niklas Fullkruqun hər birinin hesabında dörd qol var.

Qeyd edək ki, Bundesliqada bir mövsüm ərzində qeydə alınan ən yüksək orta məhsuldarlıq göstəricisi 1983/1984 mövsümünə aiddir. Həmin mövsümdə komandalar hər oyunda orta hesabla 3,58 qol vurublar. Cari mövsümdə ilk beş tur üzrə qeydə alınan 3,82 qolluq göstərici isə yalnız bu mərhələnin nəticələrini əhatə edir.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.907 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 00:25 Azərbaycan gələn il xarici dövlət borcunun ödənilməsinə 1,4 milyard manatdan çox pul xərcləyəcək Maliyyə 00:18 Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək Maliyyə 00:04 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib Maliyyə 23:54 Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir Xarici siyasət 23:43 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb Maliyyə 23:32 Tramp: Latın Amerikasında narkokartel obyektlərinə zərbələr gücləndiriləcək Digər ölkələr 23:19 İstanbulda sel nəticəsində köməksiz qalan 3055 nəfər xilas edilib Region 23:06 Foto Sabirabadda narın məhsuldarlığı əhəmiyyətli dərəcədə azalıb ASK 22:57 Lisandro Martines işlətdiyi ifadələrə görə "Mançester Yunayted" rəhbərliyindən üzr istəyib Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə