İdman24
Futbol · APA Sport

"Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bir sıra maraqlı qarşılaşmalar keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi” ilk oyunda Belarusun “Dinamo” klubunu qəbul edəcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşma CBC Sport telekanalı ilə yanaşı, klubun rəsmi Neftçi TV "YouTube" kanalı vasitəsilə də canlı yayımlanacaq.

Türkiyə təmsilçisi “Başakşəhər” isə Finlandiyanın “İnter Turku” komandası ilə üz-üzə gələcək. İstanbulda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək və TRT 1 kanalında canlı nümayiş olunacaq.

20:00 “Neftçi” – “Dinamo” (Minsk) (CBC Sport, Neftçi TV / YouTube)

21:45 “Başakşəhər” – “İnter Turku” (TRT 1)

Orijinal mənbə

İdman24 əsas səhifə