İdman24
Futbol · Report İdman

Arif Əsədov: "Azərbaycan millisinin heyətində əsas yığma səviyyəsinə yüksələcək futbolçular var"

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Arif Əsədov: "Azərbaycan millisinin heyətində əsas yığma səviyyəsinə yüksələcək futbolçular var" Futbol 22 oktyabr, 2026 17:08 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan millisinin heyətində əsas yığma səviyyəsinə yüksələcək futbolçular var.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Arif Əsədov Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan artıq neçənci dəfədir ki, belə mötəbər yarışlara ev sahibliyi edir. Qısa müddətdə müvafiq infrastrukturun tikilib istifadəyə verilməsi böyük uğurdur. Buna görə AFFA-ya və müvafiq qurumlara təşəkkürümüzü bildiririk. Dünya çempionatı futbolda ən mötəbər yarışdır. Belə bir turnirin ölkəmizdə keçirilməsi, eləcə də hər bir futbolçunun burada iştirak etməsi böyük uğurdur", - deyə o bildirib.

Azərbaycan millisinin sabiq məşqçisi yığmada yer alan yeniyetmə oyunçuların gələcəkdə güclü futbolçu kimi yetişəcəklərinə inandığını bildirib:

"Düşünürəm ki, onların arasında gələcəkdə Azərbaycan futbolunda uğur qazanacaq, əsas milli komanda səviyyəsinə yüksələcək futbolçular var. Bu, onların ilk beynəlxalq yarışıdır. Hər birinə uğurlar arzulayırıq və ümid edirik ki, yaxşı nəticə əldə edəcəyik".

Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək. Komanda oktyabrın 25-də, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Bu iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Milli komanda oktyabrın 26-da, saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано Ариф Асадов: В молодежной сборной Азербайджана есть перспективные футболисты для основной команды --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 18:36 XİN-də "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Xarici siyasət 18:23 Foto İdman xadimi Firuddin Qurbanovun 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib Fərdi 18:22 BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib Daxili siyasət 18:07 Dövlət Agentliyi: 8 ayda istehlakçıların aldadılmasına dair 17 inzibati protokol tərtib edilib Biznes 18:02 MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub Xarici siyasət 17:59 Ali audit orqanlarının müstəqilliyinin gücləndirilməsi müzakirə edilib Maliyyə 17:57 AYNA: Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək İnfrastruktur 17:55 Albaniya parlamentində deputatlar arasında dava düşüb Digər ölkələr 17:49 Foto İndira Hacıyeva Bişkekdə TDT-nin gənclər və idman nazirlərinin iclasında iştirak edib Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə