İdman24
Digər · Report İdman

Elvin Hüseynov: "Avropa açıq üzgüçülük yarışı Azərbaycan idmançıları üçün böyük təcrübə oldu"

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 24° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Elvin Hüseynov: "Avropa açıq üzgüçülük yarışı Azərbaycan idmançıları üçün böyük təcrübə oldu" Fərdi 18 sentyabr, 2026 12:41 Avropa açıq üzgüçülük yarışı Azərbaycan Xüsusi Olimpiya Komitəsinin idmançıları üçün həm böyük təcrübə, həm də gələcək turnirlər üçün ciddi motivasiya olub.

Bu barədə "Report" a komandanın baş məşqçisi Elvin Hüseynov açıqlama verib.

Mütəxəssis Maltada keçirilmiş yarışla bağlı fikirlərini bölüşüb:

"Düşünürəm ki, bu yarış idmançılarımız üçün həm böyük təcrübə, həm də gələcək yarışlar üçün ciddi motivasiya oldu. Əldə etdiyimiz nəticələrlə qürur duyuram və komandamı təbrik edirəm. Əsas məqsəd bundan sonra da məşqləri davam etdirərək nəticələri daha da yaxşılaşdırmaq və beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etməkdir. İlk növbədə qeyd etmək istəyirəm ki, Maltada bizi çox yüksək səviyyədə qarşıladılar. İdmançıların yerləşdirilməsi, qidalanması və yarışın ümumi təşkilati məsələləri yüksək səviyyədə idi. Buna görə Xüsusi Olimpiya Komitəsinə və yarışın təşkilatçılarına təşəkkürümü bildirirəm".

E.Hüseynov komandanın baş məşqçisi olaraq idmançıların çıxışından çox razı qaldığını vurğulayıb:

"Uşaqlar yarışa ciddi hazırlaşmışdılar və yarış zamanı da özlərini çox yaxşı tərəfdən göstərdilər. Onlar təmkinli, səbirli və intizamlı şəkildə mübarizə apardılar, məşqlərdə verdiyimiz tapşırıqlara və yarış zamanı tövsiyələrimizə əməl etdilər. Ən əsası isə hər biri öz imkanları daxilində maksimum nəticə göstərməyə çalışdı. Komanda olaraq 4x50 metr sərbəst üsulla estafet yarışında qızıl medal qazandıq. Bu nəticə mənim üçün xüsusilə əhəmiyyətlidir. Çünki estafetdə nəticə yalnız bir idmançının deyil, bütün komandanın birlikdə göstərdiyi mübarizənin nəticəsidir".

O, fərdi çıxışlarda da idmançıların Azərbaycanı layiqincə təmsil etdiklərini vurğulayıb:

"Mirqayib Rəsulov 50 metr batterflyay və 50 metr sərbəst üsulda iki gümüş medal qazandı. Georgiy Qəniyev 50 metr arxasıüstə üzməkdə gümüş, sərbəst üsulda isə bürünc medal əldə etdi. Ağasəlim Abdullayev 25 metr brassda ikinci, 50 metr məsafədə isə dördüncü oldu. Məhəmməd Əli 50 metr arxasıüstə üzməkdə üçüncü, sərbəst üsulda isə altıncı yeri tutdu. Məni ən çox sevindirən məqam medallarla yanaşı, uşaqların yarışdakı davranışı və özlərinə inamı oldu. Apardığımız hazırlığın düzgün istiqamətdə olduğunu görmək bizim üçün böyük motivasiyadır".

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 14:15 Naxçıvanda qadın sahibkarların layihələrinə 1,4 milyon manatdan çox maliyyə ayrılıb Maliyyə 14:10 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub Hadisə 14:04 Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" Turizm 14:04 Macarıstan gələn ilin oktyabrına qədər Rusiya qazından imtina etməyə hazırlaşır Digər ölkələr 14:03 Azərbaycan Kubokunun final oyununun Gəncə stadionuna salınmasının səbəbi açıqlanıb Futbol 13:59 Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar Fərdi 13:58 Böyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb Digər ölkələr 13:54 Teymur Əliyev: "SOCAR-ın 8 startapı ayrıca şirkət kimi fəaliyyət göstərməyə hazırdır" Energetika 13:52 AQEM-in Baş katibi Azərbaycanın səfiri ilə təşkilatın nailiyyətlərini müzakirə edib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə