İdman24
Futbol · Report İdman

XRİTDX: Sabahın kibertəhdidlərinə dünənin alətləri ilə cavab vermək mümkün deyil

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 22° C USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia XRİTDX: Sabahın kibertəhdidlərinə dünənin alətləri ilə cavab vermək mümkün deyil İKT 02 oktyabr, 2026 12:58 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycana qarşı kiberhücumlar dayanmadan davam edir və xüsusilə hərbi qarşıdurmalar və gərginlik dövrlərində onların intensivliyi artır.

"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Nadir Novruzov "ADEX 2026 – VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi" çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, kiberhücumlar gündəlik olaraq müşahidə olunur və xüsusilə hərbi əməliyyatlar zamanı onların sayı əhəmiyyətli dərəcədə artır.

"Xüsusən də hərbi dövrdə, məsələn, 44 günlük müharibə ərəfəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 3 000 -dən çox kiberhücum qeydiyyata alınmışdı və biz bunların qarşısını almışdıq. Bu, digər hərbi əməliyyatlar dövründə də eyni şəkildə davam edirdi. Həm Tovuz əməliyyatları dövründə, həm Aprel döyüşlərində, həm də sonradan antiterror əməliyyatları zamanı bu kiberhücumlar davam etməkdə idi", - deyə N.Novruzov qeyd edib.

XRİTDX-nin İdarə rəisi bildirib ki, kibertəhlükəsizlik sahəsində əsas vəzifələrdən biri yalnız mövcud hücumların qarşısını almaq deyil, həm də yeni texnologiyaların yaratdığı təhdidlərə əvvəlcədən hazır olmaqdır.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının sürətli inkişafı kibertəhlükəsizlik qarşısında yeni çağırışlar formalaşdırır. Bu texnologiyalar müdafiə məqsədilə istifadə olunduğu kimi, hücum imkanlarını genişləndirmək üçün də tətbiq edilə bilər.

"Müasir dövrün tələblərinə cavab vermək mühüm əhəmiyyət kəsb edir. Bu tələblər süni intellekt texnologiyalarının inkişafı ilə daha da sürətlənib. Müdafiəçilər süni intellektdən istifadə edərək öz işini qura bilirsə, hücumçular üçün də bu, əlavə bir alətə çevrilir", - deyə o vurğulayıb.

N.Novruzov qeyd edib ki, əvvəllər genişmiqyaslı kiberhücumların hazırlanması və həyata keçirilməsi üçün daha böyük resurslara və qruplara ehtiyac olduğu halda, süni intellekt bu prosesin müəyyən hissəsini əhəmiyyətli dərəcədə sürətləndirə bilir.

"Əvvəllər böyük kiberhücumların həyata keçirilməsi üçün böyük qruplaşmalara ehtiyac var idi, hazırlığı uzun zaman alırdı. İndi isə süni intellekt vasitəsilə bir nəfər qısa zamanda böyük nəticələr əldə edə biləcək kiberhücumları həyata keçirə bilir", - deyə idarə rəisi bildirib.

O əlavə edib ki, yeni təhdidlərə qarşı mübarizədə texnoloji imkanlarla yanaşı, mütəxəssislərin bilik və bacarıqlarının davamlı şəkildə yenilənməsi də vacibdir.

"Biz sabahın təhdidlərinə dünənin alətləri ilə cavab verə bilmərik, ona görə də özümüzü təkmilləşdirməliyik. Təkmilləşdirməyə gedən yol, ilk növbədə, bilik paylaşımından keçir. Biz bu bilik paylaşımını yalnız əməkdaşlıq çərçivəsində edə bilərik", - deyə N.Novruzov vurğulayıb.

Onun sözlərinə görə, kibertəhlükəsizlik sahəsində dövlət qurumları, özəl sektor və digər aidiyyəti tərəflər arasında əməkdaşlığın genişləndirilməsi yeni təhdidlərin daha operativ müəyyənləşdirilməsi və onlara qarşı birgə tədbirlərin görülməsi baxımından əhəmiyyətlidir.

"Buna görə də həm Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) çərçivəsində, həm də sektoral görüşlər vasitəsilə bir-birimizlə əməkdaşlıq qura bilərik", - deyə idarə rəisi əlavə edib.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Elşən Aydınov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 13:48 Yəmən ordusu husilərin mövqelərinə zərbələr endirib Digər ölkələr 13:44 Azərbaycanda internet informasiya ehtiyatlarının yoxlanılmasında AI-dən istifadə edilir İKT 13:39 DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqları konfetlə zəhərləməsi iddiası təsdiqini tapmayıb Hadisə 13:32 Foto Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb ASK 13:23 Azərbaycanda süni intellektin təhlükəsizliyi ilə bağlı zirvə toplantısı keçiriləcək İKT 13:13 Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq Fərdi 13:05 Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq Daxili siyasət 12:58 XRİTDX: Sabahın kibertəhdidlərinə dünənin alətləri ilə cavab vermək mümkün deyil İKT 12:58 Elvin Şahverdiyev: "Azərbaycanda ictimai əhəmiyyətli informasiya infrastrukturu ilə bağlı tələblər hazırlanıb" İKT Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə